“Bu gün əksər İslam ölkələrində Ramazan ayında Qədr gecələrində Qurani-Kərimi başa qoymaq adəti yoxdur. Quranı başa qoymaq başqa dinlərdən, əvvəlki inanclardan qalma ayinlərin tərkib hissəsidir. Allaha imanla deyil, bu cür buyurulmamış əməllərlə yaxınlaşmaq dayanır bu ritualın mahiyyətində və bidət hesab olunur. İslam ümmətini parçalamaq, arada fərqlər yaratmaq, mübahisələr doğurmaqdan ötrü belə bir ritual ortaya atılıb. Bu cür ayinlər məzhəbçilik intriqası yaratmaq məqsədi güdür”.
Bunu Demokrat.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.
Onun sözlərinə görə İslam dinində bütün ibadətlər Allahın Qurani-Kərimdə nazil etdiyi şəkildə, Peyğəmbərimizin buyurduğu formada həyata keçirilməlidir:
“Heç kim hər istədiyi yeniliyi dinə gətirə bilməz. Belə olarsa, İslam dini də özündən əvvəlki dinlər kimi təhrifə uğrayar.

Törə Zeynallı Demokrat.az


