"Qızıl Qlobus" mükafatı laureatı Barbara Raş 97 yaşında vəfat edib.
Demokrat.az-ın məlumatına görə, kədərli xəbəri onun qızı Klaudiya Kovan açıqlayıb.
O, aktrisanın evlərində qəfil şəkildə dünyasını dəyişdiyini bildirib.
Qeyd edək ki, sənətçi 1953-cü ildə “O, Come from Outer Space” və 1957-ci ildə “Peyton Place” filmlərindəki rolları ilə tanınırdı.
4 yanvar 1927-ci ildə Denverdə anadan olan Barbara aktyorluq karyerasına 1950-ci ildə başlayıb.
Aysu Demokrat.az


