Beyons yeni "Kovboy Karter" albomu ilə bir gündə ən çox dinlənilən albom rekordunu qırıb.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, onun cümə günü yayımlanan "Kovboy Karter" adlı albomu 2024-cü ildə indiyə qədər “Spotify”da bir gündə ən çox dinlənilən albom olub.
Qeyd edək ki, Post Malon, Miley Krus, Vili Nelson və Dolli Parton kimi bir çox önəmli adla əməkdaşlıq edən Beyonsun yeni albomunda 27 mahnı yer alıb.
Albomdan iki mahnı, “16 Carriages” və “Texas Hold 'Em” ilk dəfə yayımlanıb. "Texas Hold 'Em" yayımlandıqdan dərhal sonra musiqi platformalarında bir nömrəyə yüksəlib.
Aysu Demokrat.az


