Şou-biznes

Yusif Mustafayevə 200 minlik hədiyyə

Yusif Mustafayevə 200 minlik hədiyyə

"2011-ci ildə mənə zəng gəldi. Dedilər ki, get filan yerdən "İnfiniti QX 56” markalı avtomobili götür. Getdim gördüm ki, sənəddə Yusif Mustafayev yazılıb.Dedilər ki, sənədə imza at. O vaxt qiyməti110 min dollar idi, təxminən 200 min manat”.

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Yusif Mustafayev "Rəngarəng səhər" verilişində deyib. Sənətçi bahalı hədiyyəni onaqocalar evində çıxış etdiyi üçün verildiyini bildirib:

"Sonra dedilər ki, getBaş Dövlət Yol Polisi İdarəsinə. Orada soruşdular ki, maşın üçünhansı nömrəni istəyirsiniz? Cavab verdimki, nəslimin bütün üzvlərində olan maşınlarımızın nömrəsi 464-dür. Dedilər ki, yox, ürəyin istəyən digər nömrəni seç. Gördüm ki, burada başqa iş var. “90-KT-900” nömrəsiniseçdim. Heç bilmədimavtomobili və nömrəni mənəkim bağışladı. Yalnız onu bilirəm ki, qocalar evində mahnı oxuduğum üçünbunları mənə verdilər. 2-3 il əvvəl isə həmin maşını satdım və indikini aldım".

NE
Nihadə Eyyubova