Gündəm Özəl

“Crocus City Hall”dakı terrorda ölənlərin sayı 140-a çatdı

“Crocus City Hall”dakı terrorda ölənlərin sayı 140-a çatdı

Moskvada “Crocus City Hall”da törədilən terror aktı nəticəsində ölənlərin sayı 140-a çatıb.

Demokrat.az xəbər verir ki, bu barədə Rusiyanın səhiyyə naziri Mixail Muraşko bildirib.

Nazir “Crocus City Hall”da törədilən terror aktının qurbanlarından daha birinin xəstəxanada dünyasını dəyişdiyini söyləyib:

“Təəssüf ki, vəziyyəti son dərəcə ağır olan zərərçəkənlərdən biri də xəstəxanada dünyasını dəyişib. Həkimlər mümkün olan hər şeyi ediblər. Bununla da ölənlərin sayı 140-a yüksəlib”.

Mixail Muraşko qeyd edib ki, hazırda 6-sı uşaq olmaqla, 80 nəfər yaralı xəstəxanalarda müalicə alırlar, 23 nəfərin vəziyyəti çox ağır, 34 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir, 76 nəfər isə artıq evə buraxılıb.

Aysun Demokrat.az

D
demokrat.az