Dünya

Zelenski Putinin ittihamlarına cavab verdi — VİDEO

Zelenski Putinin ittihamlarına cavab verdi — VİDEO

“Mən Moskvada baş verənlərlə bağlı bir məqamı vurğulamaq istəyirəm. Aydın məsələdir ki, Vladimir Putin və onun tərəfdaşları, sadəcə olaraq, günahı başqasının boynuna atmağa çalışırlar”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall"da baş verən terror aktı barədə açıqlamasında deyib.

“Biz bunu əvvəllər də görmüşük: dağıdılmış binalar, atışmalar, partlayışlar. Lakin onlar hər zaman olduğu kimi, yenə də başqa günahkarlar axtarışındadırlar. Onlar yüzminlərlə hərbçini bizə qarşı döyüşmək üçün Ukrayna torpağına gətiriblər, amma öz ölkələrinin daxilində baş verən hadisələrlə maraqlanmırlar.

Dünən bu hücumların fonunda vətəndaşlarına müraciət etmək və ya onların vəziyyəti ilə maraqlanmaq yerinə V.Putin 24 saat boyunca susmağı seçdi və baş verənləri Ukrayna ilə əlaqələndirmək üçün yollar axtarmağa başladı”, – o bildirib.

NE
Nihadə Eyyubova