Dünya Özəl

Cənubi Sudanda hərbi təyyarə qəzaya uğradı

Cənubi Sudanda hərbi təyyarə qəzaya uğradı

Cənubi Sudan Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarə qəzaya uğrayıb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, hərbi təyyarə ölkənin şimalındakı Yida bölgəsində naməlum səbəbdən qəzaya uğrayıb.

Hərbçilər də daxil olmaqla 7 nəfərlik ekipajdan 5-nin yaralandığı bildirilib.

Qəzada itki olub-olmaması ilə bağlı açıqlama verilməyib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova