Hadisə

23 yaşlı qız kəskin tənəffüs çatışmazlığından öldü

23 yaşlı qız kəskin tənəffüs çatışmazlığından öldü

Hacıqabulda 23 yaşlı qız kəskin tənəffüs çatışmazlığından ölüb.

Demokrat.az APA-ya istinadən xəbər verir ki, rayonunun Atbulaq kənd sakini, 2001-ci il təvəllüdlü Əhmədova Xanımnaz Ceyhun qızı ürək və tənəffüs çatışmazlığından xəstəxanaya aparılarkən yolda keçinib.

Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı Hacıqabul prokurorluğu araşdırma aparır.

D
demokrat.az