Sosial

Sahibkarla gömrük əməkdaşı arasındakı davayla bağlı AÇIQLAMA — FOTO

Sahibkarla gömrük əməkdaşı arasındakı davayla bağlı AÇIQLAMA — FOTO

Bu gün bəzi media orqanlarında və sosial şəbəkələrdə gömrük əməkdaşı ilə özünü sahibkar adlandıran şəxs arasında mübahisənin əks olunduğu videogörüntülər yayımlanıb.

DGK-nin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumatagörə, ilkin araşdırma zamanı məlum olub ki, ölkəyə idxal edilən malın gömrük dəyəri sahibkar tərəfindən bəyannamədə təhrif olunmuş formada bəyan edilib və müvafiq dürüstləşdirilmə aparılaraq bu barədə sahibkara elektron bildiriş göndərilib.

Videogörüntüdən də aydın olur ki, özünü sahibkarın yaxını kimi təqdim edən şəxs təmsilçiliklə bağlı etibarnaməsi olmadan həmin malların rəsmiləşdirilməsi üçün müraciət edərək gömrük əməkdaşına emosional formada etirazını bildirir və daha sonra qeyri-etik ifadələr, təhqirlər işlədir, bu da vəziyyəti gərginləşdirir.

Artıq məlum insidentlə bağlı ətraflı araşdırılma aparılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.

Sahibkarla gömrük əməkdaşı arasındakı davayla bağlı AÇIQLAMA — FOTO

NE
Nihadə Eyyubova