Türkiyəli tanınmış aktyor Şövkət Altuğ 81 yaşını qeyd edib.
Demokrat.az xəbər verir ki, bu barədə görüntülər sosial mediada yer alıb.
Belə ki, sənətçi öz fotosunu “instaqram” hesabında paylaşıb və 81 yaşı olduğunu qeyd edib.
Aktyorun paylaşımı qısa zamanda çoxlu bəyəni və şərh toplayıb.
Qeyd edək ki, Kamal Sunal ilə birgə rol aldığı filmlərlə sevilən Şövkət Altuğ, "Super Baba" serialındakı 'Fikrət Aksu' obrazı ilə yadda qalıb. 
Aysu Demokrat.az


