Gündəm Özəl

“Xaricdə təhsil almaq istəyənlər bu barədə məlumatlı olmalıdırlar” — Hansı ixtisaslar prioritetdir?

“Xaricdə təhsil almaq istəyənlər bu barədə məlumatlı olmalıdırlar” — Hansı ixtisaslar prioritetdir?

Xaricdə ali təhsil almaq istəyən tələbələr üçün müsahibələrin tarixi açıqlanıb. Bu barədə Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsində “2022–2026-cı illər üçün Dövlət Proqramı”na müraciət qaydaları ilə bağlı canlı yayımda proqramın İdarəetmə Qrupunun rəhbəri Turan Poladova deyib. O qeyd edib ki, müsahibələrə aprel ayının ilk günlərində start veriləcək.

Təhsil eksperti Elçin Əfəndi Demokrat.az-a açıqlamasında deyib ki, “2022–2026-cı illər üçün Dövlət Proqramı” xaricdə təhsil almaq istəyən gənclər üçün yaxşı fürsətdir:

“Xaricdə təhsil almaq istəyənlər bu barədə məlumatlı olmalıdırlar” — Hansı ixtisaslar prioritetdir?

“Proqram xaricdə magistr təhsili almaq istəyən bakalavrlar üçün 80 faiz imkan yaradır, bakalavr təhsili almaq istəyənlər üçün isə 20 faiz imkan var. Yəni Proqram daha çox magistr təhsili almaq istəyənləri əhatə edir. Dövlətimiz üçün prioritet ixtisaslar var və həmin ixtisasların tədris edildiyi reytinqli dünya universitetləri az deyil. Xaricdə təhsil almaq istəyən şəxslər tələblərə cavab verirlərsə, ilk 500-lükdə yer alan nüfuzlu universitetləri və ixtisası seçərək qəbul oluna bilərlər. Qəbul olunan şəxs bu barədə Elm və Təhsil Nazirliyinə məlumat verir. Nazirlik müvafiq müsahibə əsasında həmin şəxsin qeyd olunan ixtisas üzrə təhsil almasını uyğun bilirsə və şəxs Dövlət Proqramının tələblərinə cavab verirsə, artıq onun təhsili dövlət büdcəsi hesabına maliyyələşdirilir”.

Ekspert qeyd edib ki, xaricdə təhsil almaq istəyən şəxs özü-özünü inkişaf etdirməlidir:

“Beynəlxalq dil sertifikatlarına sahib olmalıdır, ingilis, fransız, alman dillərini bilməlidir. Həmçinin araşdırma bacarıqlarına sahib olmalıdır, xüsusilə yuxarı siniflərdə şagird xaricdə təhsil almağı qarşısına məqsəd qoyursa, yaxşı olar ki, universitetləri və ixtisasları araşdırsın. Dünyada ilk 500-lüyə düşən reytinqli universitetləri araşdırmaq və ölkəmiz üçün prioritet olan ixtisaslar haqqında məlumata sahib olmaq lazımdır ki, gələcək üçün qərar verəndə çətinlik yaşanmasın”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova