Yaponiyada “Space One Co.” Şirkətinin hökumət peyki daşıyan "Kairos" raketi havaya qalxdıqdan dərhal sonra partlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, "Kairos" raketi yerli vaxtla saat 11.01-də Kuşimoto rayonundakı Kii kosmodromundan havaya buraxılıb.
18 metr uzunluğundakı raket havaya qalxdıqdan 5 saniyə sonra partlayış baş verib.
Hadisə zamanı xəsarət alan olmasa da, partlayışdan sonra başlayan yanğınla əlaqədar əraziyə yanğınsöndürmə qrupları göndərilib.
Şirkətdən verilən açıqlamada nasazlığın araşdırıldığı və “missiyanın dayandırıldığı” bildirilib.
Aysu Demokrat.az


