Ryazan vilayətində neft emalı zavodunda baş verən yanğından sonra iki nəfər xəstəxanaya çatdırılıb.
Demokrat.azxəbər verir ki, bu barədə TASS-a Ryazan təcili tibbi yardım xəstəxanasının təcili yardım şöbəsindən məlumat verilib:
“İki qurban xəstəxanaya çatdırılıb, vəziyyətləri orta ağırdır və onlar travmatologiya şöbəsinə yerləşdiriliblər".
*** 09:10
Rusiyanın Ryazan vilayətində neft emalı zavodunun ərazisində yanğın baş verib və hazırda söndürülür.
Demokrat.az xəbər verir ki, bu barədə TASS-a yerli Fövqəladə Hallar xidmətindən məlumat verilib. “Yanğının ehtimal olunan səbəbi pilotsuz təyyarənin düşməsidir", - məlumatda bildirilib. Ölən və yaralananlar barədə məlumat yoxdur.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində işləyir.
Начинай свой день с очередных атак беспилотников
— Лентач (@oldLentach) March 13, 2024
▪️В Рязани прилет по нефтезаводу. Два человека госпитализированы в состоянии средней степени тяжести после пожара на нефтезаводе в Рязанской области, сообщает ТАСС;
▪️В Воронежской области за ночь уничтожили более 30… pic.twitter.com/oT3xMcecwv


