Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı fevral ayında artaraq təxminən 26 milyon 570 min barelə çatıb.
Demokrat.az xəbər verir ki, bu barədə məlumat OPEC-in aylıq neft bazarı hesabatında yer alıb.
Məlumata görə, fevral ayında xam neft hasilatı ən çox müvafiq olaraq Liviya, Nigeriya və Səudiyyə Ərəbistanında artıb.
İran isə hasilatın ən çox azaldığı ölkələr sırasında olub.
Gündəlik neft hasilatı Liviyada 144 min barel, Nigeriyada 47 min barel, Səudiyyə Ərəbistanında isə 18 min barel artıb.
Eyni dövrdə neft hasilatı İranda 15 min barel, İraqda 14 min barel, Küveytdə 8 min barel, Ekvatorial Qvineyada isə 4 min barel azalıb.
Beləliklə, OPEC-in xam neft hasilatı fevral ayında əvvəlki ayla müqayisədə gündəlik 203 min barrel artaraq təxminən 26 milyon 570 min barrelə çatıb.
Aysu Demokrat.az


