Türkiyədən qeyri-qanuni yollarla nəqliyyat vasitələri idxal etməkdə günahlandırılan “Ford” 365 milyon dollar cərimələnib.
Demokrat.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Bildirilib ki, Ədliyyə Nazirliyi ilə məhkəmədənkənar barışıq əldə edən “Ford”a qarşı işə xitam verilib.
Cərimənin 184 milyon dolları ödənilməmiş gömrük rüsumlarının yığılması, qalanı isə qanun pozuntularına görə cəza kimi tətbiq edilib.
Qeyd edək ki, “Ford”, 2009-2013-cü illər arasında Türkiyədən idxal etdiyi yük furqonlarının arxasına müvəqqəti oturacaqlar yerləşdirərək onları sərnişin daşıma vasitəsi kimi ölkəyə gətirirdi.
Beləliklə də yüzdə 25 əvəzinə 2,5 faiz gömrük rüsumu ödədiyi üçün mühakimə olunurdu.
Aysu Demokrat.az


