Dünya Özəl

Egey dənizində fırtına olacaq

Egey dənizində fırtına olacaq

Mərkəzi və Şimali Egeydə küləyin fırtına kimi əsəcəyi gözlənilir.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Meteorologiya Müdirliyi məlumat yayıb.

Məlumata görə, Mərkəzi və Şimali Egeydə küləyin cənub istiqamətindən 6-8 (50-75 km/saat) gücündə fırtına olaraq əsəcəyi təxmin edilir.

Qeyd edək ki, fırtınanın axşam saatlarında təsirini itirəcəyi gözlənilsə də əhali əlverişsiz hava şəraiti ilə bağlı diqqətli olmağa çağırılıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova