Dünya Özəl

Pakistanda 3 mərtəbəli bina uçdu: Ölən və yaralananlar var

Pakistanda 3 mərtəbəli bina uçdu: Ölən və yaralananlar var

Pakistanın Pəncab əyalətində 3 mərtəbəli binanın uçması ölümlə nəticələnib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, Pəncabın Multan şəhərində 3 mərtəbəli bina naməlum səbəbdən uçub.

Səlahiyyətlilər çökən binanın dağıntılarının ətrafdakı binaların üzərinə düşdüyünü qeyd edib.

Həmçinin, dağıntılar altında qalan 11 nəfərdən 9-nun həyatını itirdiyi, 2-nin isə yaralandığı bildirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova