Dünya Özəl

NATO-nun mənzil-qərargahında İsveç bayrağı qaldırıldı

NATO-nun mənzil-qərargahında İsveç bayrağı qaldırıldı

NATO-nun 32-ci üzvü kimi Alyansa daxil olan İsveçin bayrağı birliyin Brüsseldəki qərargahında ucaldılıb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Bildirilib ki, mənzil-qərargahında keçirilən mərasimdə NATO-nun baş katibi Yens Stoltenberq, İsveçin baş naziri Ulf Kristersson və kabinet üzvləri, NATO-ya üzvlük üçün müraciət edən keçmiş baş nazir Maqdalena Andersson və siyasi partiya liderləri iştirak ediblər.

Qeyd edək ki, Stoltenberq və Kristersson mərasimdən əvvəl birgə mətbuat konfransı keçiriblər.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova