Türkiyənin Kayseri vilayətində son bir həftədə müxtəlif cinayətlərlə bağlı axtarışda olan 26 şübhəli polis tərəfindən saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, polis qruplarının axtarış əməliyyatları çərçivədə “FETÖ” üzvü olduğu üçün saxlanılan 3 şübhəlidən 1-i həbs olunub.
Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbə Müdirliyi tərəfindən 15 qeyri-qanuni avtomobil mühərriki, 19 mobil telefon, 205 mobil telefon aksesuarı, 1330 qutu siqaret və 10 min dollar ələ keçirilib, saxlanılan 38 şübhəlidən 9-u həbs edilib.
Narkotik Cinayətlərlə Mübarizə Şöbə Müdirliyi qrupları tərəfindən həyata keçirilən əməliyyatlar zamanı 87,11 qram sintetik narkotik və 3 ədəd narkotik tərkibli həb ələ keçirilib, 65 şübhəlidən 16-sı həbs edilib.
Aysu Demokrat.az


