İsrailin maliyyə nazirinin əmisi oğlu döyüşlərdə həlak olub.
Bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 43 yaşlı mayor Amişar Ben David Xan Yunisdə döyüş zamanı öldürülüb. “The Jerusalem Post”un yazdığına görə, Ben David İsrailin maliyyə naziri Bezalel Smotriçin əmisi oğlu olub.
O, İsrail ordusunun Qəzza zolağında quru əməliyyatı başlayandan həlak olan 248-ci hərbi qulluqçudur.


