Sosial

DYP-dən dumanlı hava ilə bağlı müraciət

DYP-dən dumanlı hava ilə bağlı müraciət

DİN-in Baş Dövlət Yol Polis İdarəsi mövcud hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

İdarədən Demokrat.az-a daxil olan məlumata görə, müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə hazırda respublika ərazisində müşahidə olunan dumanlı hava şəraiti ilə əlaqədar Abşeron yarımadası da daxil olmaqla bir sıra bölgələrdə görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Dumanlı havanın digər hərəkət iştirakçılarını və nizamlama vasitələrini vaxtında və aydın görünməsinə maneə yaratdığını nəzərə alaraq, sürücülərə belə havalarda daha diqqətli olmaq, sürət həddini hava şəraitinə uyğun seçmək, nəqliyyat vasitələrinin, xüsusilə xarici işıq cihazlarının sazlığına diqqət yetirmək, ötmə və manevr etmə zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək tövsiyə olunur.

D
demokrat.az