Bakıda DünyaGöz Xəstəxanasından və orada çalışan türk oftolmoloq Dorukan Akıncı konpensassiya tələb edilir.
Qaynarinfo-nun məlumatına görə, Meyram Hətəmova (ad-soyad şərti) bununla bağlı Səbail Rayon Məhkəməsinə müraciət edib. İşə hakim Şahin Abdullayevin sədrliyi ilə baxılıb.
Meyram Hətəmova iddia edib ki, DünyaGöz Xəstəxanasında çalışan türk oftolmoloq Dorukan Akıncı tərəfindən gözündə əməliyyat aparılıb. Bu əməliyyat nəticə verməyib və görmə qabiliyyəti ititib. Pasiyent uğursuz əməliyyat üçün ödədiyi vəsaitin həm xəstəxanadan, həm də həmin xəstəxanada çalışan və əməliyyatı aparan Dorukan Akıncıdan müştərək qaydada tutulmasını xahiş edib. 
Məhkəmə hesab edib ki, xəstəxanaya qarşı pul tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən iddiaçıya geri qaytarılsın. Nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edilə bilər.


