Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər İtaliyanın müdafiə naziri Guido Krosetto ilə görüşüb.
Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Yaşar Gülər rəsmi qonaq kimi Ankarada olan Krosettonu nazirlikdə rəsmi mərasimlə qarşılayıb.
Hərbi orkestr tərəfindən iki ölkənin dövlət himnlərinin səsləndirildiyi mərasimdə Krosetto fəxri qarovul dəstəsini salamladıqdan sonra iki nazir arasında görüş keçirilib.
Qeyd edək ki, görüşün təfərrüatları açıqlanmayıb.
Aysu Demokrat.az


