Sosial

İmişlidə qanunsuz tikili söküldü — FOTO

İmişlidə qanunsuz tikili söküldü — FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətlərinə uyğun olaraq respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, İmişli rayonunun Ağcüyür kəndi ərazisində qanunsuz olaraq tikinti işinin aparılması faktı aşkarlanıb.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən İmişli Rayon İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikili sökülüb.

İmişlidə qanunsuz tikili söküldü — FOTO

D
demokrat.az