Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatik Forumu üçün Türkiyədə səfərdə olan Bolqarıstan Prezidenti Rumen Radev ilə görüşüb.
Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Rabitə Müdirliyi məlumat yayıb.
Bildirilib ki, ikitərəfli görüş ölkənin Antalya şəhərində baş tutub.
Görüşdə Türkiyə və Bolqarıstan münasibətləri, Ukrayna-Rusiya və İsrail-Fələstin münaqişələri ilə bağlı son hadisələr müzakirə edilib.
Aysu Demokrat.az


