Xarici siyasət

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regional əməkdaşlığı müzakirə etdi

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regional əməkdaşlığı müzakirə etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyədə özbəkistanlı həmkarı Baxtiyar Saidovla görüşüb.

Demokrat.azxəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazirlər Antalya Diplomatiya Forumu çərçivəsində bir araya gəliblər. Onlar iqtisadiyyat, ticarət sahəsində qarşılıqlı əməkdaşlıq barədə danışıb, regional vəziyyət sahələrində geniş spektrli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Nazirlər, həmçinin COP29-a hazırlıq barədə danışıblar.

D
demokrat.az