Gündəm Özəl

Məktəblərin fərdi nizamnaməsi olmalıdırmı? — Deputatdan AÇIQLAMA

Məktəblərin fərdi nizamnaməsi olmalıdırmı? — Deputatdan AÇIQLAMA

Şagirdlər arasında tez-tez baş verən neqativ hallar hər məktəbin özünün fərdi nizamnaməsinin qəbul edilməsi məsələsini gündəmə gətirib. Ekspertlər hesab edirlər ki, məktəblərin fərdi nizamnaməsi olmalı və bu sənəddə bütün məktəb kollektivinin, habelə valideynlərin məktəblə bağlı hüquq və vəzifələri əks olunmalıdır. Hər bir tərəf öz məsuliyyətini dərk etməlidir.

Milli Məclisin deputatı Ceyhun Məmmədovun fikrincə, məktəblərdə fərdi nizamnamənin olması problemləri həll etməyəcək. O, Demokrat.az-a açıqlamasında deyib ki, kompleks tədbirlər planı barədə düşünülməlidir:

“Təhsilə tərbiyədən daha çox önəm veririk. Məktəblərdə tərbiyə işi önə çıxarılmalıdır. Valideynlərlə əməkdaşlıq gücləndirilməlidir, valideyn iclasları, görüşlər keçirilməli, şagirdlərlə tez-tez söhbətlər aparılmalıdır. Paralel olaraq televiziyalar, radiolar, mətbuat bu mövzunu gündəmdə saxlamalıdır. Bütün tərəflər çalışmalıdır ki, gənc nəslin təlim-tərbiyəsinə töhfə versin. Vahid yanaşmaya əsaslanan strategiya hazırlanmalıdır. Hansı addımların atılmalı olduğu müəyyənləşdirilməlidir. Yayılmış tendensiyanın fonunda mənfi hallar arta bilər, ona görə də indidən qabaqlayıcı tədbirlər görülməlidir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova