Dünya Özəl

ABŞ-də meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edildi

ABŞ-də meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edildi

ABŞ-nin Texas ştatının Panhandle qəsəbəsində meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, bölgədə baş verən yanğınlar səbəbindən 5 minə yaxın sakin təxliyə edilib.

Yanğın nəticəsində təxminən 240 min hektar əraziyə ziyan dəyib.

Səlahiyyətlilər, yanğınların küləkli hava səbəbindən bölgəyə sürətlə yayıldığını və bir çox yolun nəqliyyata bağlandığını bildirib.

Qeyd edək ki, bölgədə baş verən yanğınlar fevral ayının 26-dan bəri davam edir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova