Sosial Özəl

“34 milyard kubmetrə yaxın su ehtiyatı yığılacaq” — Ekoloqdan mühüm AÇIQLAMA

“34 milyard kubmetrə yaxın su ehtiyatı yığılacaq” — Ekoloqdan mühüm AÇIQLAMA

Milli Məclisin deputatı Naqif Həmzəyev parlamentdə Gəncənin içməli su probleminə toxunub. Deputat “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda keçirilən dinləmədə deyib ki, sakinlər hələ də içməli suyu su maşınlarından alırlar, istənilən an insanlara qarşı təxribat törədilə bilər. O bildirib ki, Gəncədə kanalizasiya layihələrinin icrası davam edir: “Amma bu zaman bir yolu bəzən üç dəfə qazırlar. Bu, sakinlərə çətinlik yaradır. Gəncə çayı Azərbaycanın ən qədim çaylarından biridir, amma bu qədim çay quruyub. Bəzi adamlara Gəncə çayının quruması sərf edir. Onlar istəyir ki, çay qurusun və o əraziləri satsınlar. Bu problemin qarşısı alınsın”.

Ekoloq Ənvər Əliyevin sözlərinə görə, hazırda ölkədə çaylarda suyun səviyyəsinin ən az olduğu vaxtdır və temperatur da fəsildən dolayı aşağıdır. O, Demokrat.az-a açıqlamasında deyib ki, Gəncə çayının da üzərində su anbarları tikilib:

“34 milyard kubmetrə yaxın su ehtiyatı yığılacaq” — Ekoloqdan mühüm AÇIQLAMA

“Yaz gəlib qar tədricən əriməyə başlayanda çaylarda suyun həcmi də artacaq. Bəli, vaxtilə Gəncə çayında su daha bol olub, o zaman su problemi yaşanmırdı. Suyun azalması həm mövsümlə, həm də çayların üzərində su anbarlarının tikilməsi, kanalların çəkilməsi ilə bağlıdır. Yaşayışın sıx olduğu, əkin sahələrinin çox olduğu yerlərdə də su hövzələrində suyun azalması təbii haldır. Su götürmələri və buxarlanma artdıqca suyun miqdarı da azalmalıdır. Gəncə çayının suyu az da olsa, israf olunan çaylar sırasına daxil deyil”. Ekspert əlavə edib ki, problem təkcə su qıtlığında deyil, mövcud su ehtiyatlarının səmərəli istifadəsindədir:

“Su təsərrüfatı sistemi elə qurulmalıdır ki, suyun qənaətli istifadəsi mümkün olsun və daha çox ərazilər suvarılsın. Azərbaycanda təkcə Kür və Araz çayları üzərində qurulan su anbarlarında 32-34 milyard kubmetrə yaxın su ehtiyatı yığılacaq, bu, böyük rəqəmdir. Suvarma sistemləri yenilənməlidir, əkinçilikdə damcı suvarma üsulu tətbiq edilməlidir. Qapalı su təsərrüfatı sisteminə keçid edilməlidir, çünki buxarlanma sürətlə gedir”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova