Gündəm Özəl

“Qida Təhlükəsizliyi Agentliyi şadlıq saraylarında daimi yoxlamalar aparmır” — AÇIQLAMA

“Qida Təhlükəsizliyi Agentliyi şadlıq saraylarında daimi yoxlamalar aparmır” — AÇIQLAMA

İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) apardığı monitorinqə əsasən 2024-cü ilin yanvar ayında şadlıq saraylarında qiymətlər 5,6 faiz artıb. Xüsusən, 40 manatadək olan menyularda daha çox qiymət artımı müşahidə edilib (6,2 faiz). 40-80 manatlıq menyular isə 5,8 faiz bahalaşıb. 100 manatdan baha olan menyuların qiymətində də 4,9 faiz artım qeydə alınıb.

“Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Demokrat.az-a açıqlamasında qeyd edib ki, şadlıq evlərindəki vəziyyət ciddi problemlərdən biridir, xüsusən də yeni ailə quranlar üçün:

“Qida Təhlükəsizliyi Agentliyi şadlıq saraylarında daimi yoxlamalar aparmır” — AÇIQLAMA

“Toy edən insanlar düşünür ki, şadlıq saraylarında hər şey dəbdəbəli keçir. Amma şadlıq sarayı tərəfindən qurulan “ssenari” qonaqların oradan tez çıxıb getməsi üçün düşünülüb – yeməklərin verilmə sırası, ifa edilən mahnıların, çalınan musiqilərin tembri və digər nüanslar. Qiymətlər isə artmağa davam edir, bunun ailə quran cütlüyə nə xeyri var?! Bu proses hələ davam edəcək, o vaxta qədər ki, nənə, babalar nəvələrinin başını sığallayanda deməyəcək ki, o gün olsun, toyunu görüm. Nə qədər ki, uşaqlarımızı oxutmaq deyil, onlara toy etmək arzusundayıq bu biznes inkişaf edəcək. Keyfiyyət məsələsi isə tamamilə arxa plandadır. Qida Təhlükəsizliyi Agentliyinin şadlıq saraylarında daim yoxlamalar aparmağa ixtiyarı yoxdur, şadlıq saraylarında iş başlayanda Agentliyin işçiləri artıq evdə olurlar. Toylarda köhnə və keyfiyyətsiz yeməklərin verilməsi davam edir. Müğənnilərlə şadlıq evləri sıx əlaqədədir, reklam işi də həmçinin rol oynayır. Bu üçlük insanların cibinə girməklə məşğuldur. Menyu qiymətləri həddən artıq bahadır, çünki tələb təklifi üstələyir, şadlıq evlərində toy etmək üçün insanlar növbəyə dayanıb. İllər boyu şadlıq saraylarından bizə şikayətlər daxil olur, bəzən ödənilən pulun qaytarılmasına da nail olmuşuq. Düşünürəm ki, hökumətin bu sahəni tənzimləmək üçün konkret qərarı olmalıdır”.

Törə Zeynallı Demokrat.az

NE
Nihadə Eyyubova