Yay aylarında xaricdə tətil üçün erkən rezervasiya başlayıb. Turizm şirkətləri xaricdə tətil üçün müxtəlif xidmətlər təklif edir. Əksər hallarda tur paketlərə aviabilet, transfer, otellərdə qidalanma da daxil olur. Ölkə xaricində istirahət etməyi düşünənləri isə daha çox bir məsələ maraqlandırır – turizm şirkətinə müraciət etmək, yoxsa, tətili müstəqil planlamaq?
Turizm eksperti Əziz Şiriyev Demokrat.az-a açıqlamasında bildirib ki, xaricdə tətil etmək üçün turizm şirkətlərinə müraciət edib öncədən rezervasiya etmək daha sərfəlidir: 
Ekspert qeyd edib ki, qrup turları ilə səyahətin də öz üstünlükləri var:
“İstanbuldan Maldiv adalarına, Baliyə, Şrilankaya, Dohaya, Avropa ölkələrinə qrup turları təşkil edilir. Qrup şəklində olduğu üçün qiymət daha münasib, viza almaq daha rahat olur. Bilinməyən maraqlı yerlərə gəzintilər təşkil edilir, tur rəhbəri gedilən məkanlar barədə turistlərə məlumatlar verir. Qrup şəklində səyahət etdikdə xarici dil biliyinə də ehtiyac olmur. Bundan başqa bəzi insanlar ölkə xaricinə tək getməkdən çəkinir, qrup turlarınnda özlərini təhlükəsizlikdə hiss edirlər. Turistlər tez-tez oğurluq halları ilə qarşılaşırlar, qrup şəklində gəzintilərdə bu risk də minimuma enir”.
Törə Zeynallı Demokrat.az


