Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı 13-cü sanksiyalar paketini təsdiqləyib.
Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Bildirilib ki, Aİ ölkələrinin səfirləri Rusiyanın Ukraynaya hücumları ilə əlaqədar 13-cü sanksiyalar paketini təsdiq ediblər.
Məlumata görə, bu, Aİ-nin təsdiqlədiyi ən geniş sanksiya paketlərindən biridir.
Qeyd edək ki, paket fevralın 24-də rəsmən təsdiqlənəcək.
Aysu Demokrat.az


