Mədəniyyət Özəl

Gəncədə yaradıcı insanlar üçün mərkəz yaradıldı

Gəncədə yaradıcı insanlar üçün mərkəz yaradıldı

Gəncə Dövlət Filarmoniyası "Urbanda görüşərik" adlı yeni layihəsini həyata keçirəcək.

Demokrat.az xəbər verir ki, Urban Mərkəzində baş tutacaq layihənin əsas məqsədi istedadlı və yaradıcı insanların platformasını yaratmaq, onların tanıdılmasını, üzə çıxarılmasını, əsərlərinin təbliğini təmin etməkdir.

Layihədə yazıçı, şair, rəssam, heykəltaraş, tətbiqi sənət ustaları, digər yaradıcı insanların iştirakı nəzərdə tutulur.

"Urbanda görüşərik" layihəsi çərçivəsində iştirakçıların sərgilərinin, habelə sərgi-yarmarkalarınin təşkili planlaşdırılır.

Qeyd edək ki, sözügedən layihənin informasiya dəstəkçisi Demokrat.az xəbər portalıdır.

Aygün Əlizadə Demokrat.az

D
demokrat.az