Dünya Özəl

“Mercedes” çoxlu sayda avtomobilini geri çağıracaq

“Mercedes” çoxlu sayda avtomobilini geri çağıracaq

Almaniyanın avtomobil istehsalçısı “Mercedes-Benz”potensial yanğın təhlükəsi səbəbindən dünya üzrə təxminən 250 min avtomobili geri çağıracaq.

Demokrat.az xəbər verir ki, bu barədə Almaniyanın Federal Avtomobil Nəqliyyatı Administrasiyası məlumat yayıb.

Məlumata görə, “Mercedes-Benz” potensial yanğın risklərinə qarşı ehtiyat tədbiri olaraq dünya üzrə təxminən 250 min avtomobili geri çağıracaq.

“Mercedes-Benz” ehtiyat tədbiri olaraq yanğın riskindən təsirlənən avtomobillərin müəyyən hissələrini pulsuz əvəz edəcək.

Planlaşdırılan dəyişiklik avadanlıqdan asılı olaraq 2 və ya 5,5 saat çəkəcək.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova