Dünya Özəl

Kanada Ukraynaya çoxlu sayda PUA göndərəcək

Kanada Ukraynaya çoxlu sayda PUA göndərəcək

Kanada Ukraynaya yerli istehsal olan 800-dən çox PUA göndərəcək.

Demokrat.az xəbər verir ki, bu barədə Kanada Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada, Ukraynaya 800-dən çox “SkyRanger R70” model pilotsuz uçuş aparatı (PUA) göndəriləcəyi bildirilib.

Həmçinin, ümumi dəyəri 70 milyon dollardan çox olan PUA-ların Ukraynanın müdafiəsinə töhfə verəcəyi qeyd edilib.

PUA-ların kəşfiyyat məlumatlarının toplanmasında kritik əhəmiyyətə malik olduğu vurğulanıb və bu vasitələrin materialların daşınması üçün də istifadə oluna biləcəyi bildirilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova