“Eşitmə problemi uşaqlarda və gənclərdə çox geniş yayılıb və səs-küy bunun ən vacib səbəblərindən biridir”.
Demokrat.az xəbər verir ki, bu sözləri Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Şirin Seçkin bildirib.
Onun sözlərinə görə, ətrafda olan uğultu kimi bəzi səslər belə eşitmə itkisinə səbəb ola bilər:
“Gənclərin yüksək səslə musiqi dinləmələri də eşitmə itkisinin əhəmiyyətli səbəblərindən biridir. Yüksək səs həmçinin danışmağa, başa düşməyə, öyrənmə-qavrayışa, ünsiyyətə və sosiallaşmaya da təsir göstərir.
Qatarlar, avtomobillər, motosikletlər və təyyarələr kimi bütün motorlu nəqliyyat vasitələri, tikinti, yol və təmir işləri və ya digər yerlərdən gələn səslər ciddi eşitmə probleminə səbəb olur.
Evdə yüksək səslə televizor və mobil telefondan istifadə etmək də uşaqlara və insan psixologiyasına çox mənfi təsir edir.
Uşaqları yüksək səslərdən qorumaq üçün səs-küy yaradan oyuncaqlar alınmamalıdır. Gəzintiyə çıxarkən uşaqların qulaqları pambıq və ya qulaq tıxacları ilə örtülməlidir.
Aysu Demokrat.az


