Aralıq dənizində 4,3 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə “AFAD” məlumat yayıb.
Bildirilib ki, Aralıq dənizi sahillərində yerli vaxtla saat 04.25-də zəlzələ qeydə alınıb.
Zəlzələ Muğlanın Marmaris rayonundan 172,09 km aralıda baş verib.
Zəlzələnin 11,3 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Qeyd edək ki, zəlzələ ətraf ərazilərdə hiss olunmayıb.
Aysu Demokrat.az


