Arxeoloqlar Makedoniyalı İskəndərin atası II Filipin qalıqlarını tapıblar.
Yeniavaz.com“Daily Mail”ə istinadla xəbər verir ki, arxeoloqlar bu qalıqların 1977-ci ildə tapılan qədim yunan məqbərəsinə aid olduğunu müəyyən ediblər.
Ekspertlər bu məqbərədə Makedoniyalı İskəndərin atası Kral II Filipin qalıqlarının saxlandığını təsdiqləyiblər.
Əvvəlcə arxeoloqlar kral məqbərəsində Makedoniyalı İskəndərin atası ilə yanaşı, oğlunun və böyük ögey qardaşının qalıqlarını da müəyyən ediblər. Daha sonra elm adamları ata və ögey qardaşın qalıqlarında səhvə yol verdiklərinə qərar veriblər. Mütəxəssislər indi əmindirlər ki, ögey qardaşın skeleti İskəndərin atasının qalıqları, atanın skeleti isə onun ögey qardaşının qalıqlarıdır.
Qeyd edək ki, II Filip (e.ə. 383 və ya e.ə.382 - e.ə. 336) Argead sülaləsindən olan Makedoniya kralı olub, eradan əvvəl 359-336-cı illərdə hökmranlıq edib. Oğlu III İskəndər isə atasının ordusundan istifadə edərək dünya imperiyası yaradıb.


