Sənaye və energetika Özəl

Yanvar ayı ərzində "Azəriqaz"a daxil olan müraciətlərin sayı açıqlandı

Yanvar ayı ərzində Azəriqaza daxil olan müraciətlərin sayı açıqlandı

"2024-cü ilin yanvar ayı ərzində "Azəriqaz" İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinə ümumilikdə 1971 müraciət daxil olub".

Demokrat.az xəbər verir ki, bu sözləri şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev "Açıq qapı" aksiyasında deyib.

Onun sözlərinə görə,512 müraciət "Opentext" proqramı vasitəsilə, 1459 müraciət isə elektron formada daxil olub:

“Daxil olmuş müraciətlər 2023-ci ilin ilk ayı ilə müqayisədə 82 müraciət azlıq təşkil edir.

Müraciətlər əsasən, təbii qaza görə yaranmış borcun araşdırılması, kənd və qasəbələrin qazlaşdırılması, sayğacın quraşdırılması, qaz xəttinin və sayğacın yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub".

Aysu Demokrat.az

D
demokrat.az