Dünya

“Rusiya kosmosda nüvə silahı yerləşdirmək istəyir” — KİV

“Rusiya kosmosda nüvə silahı yerləşdirmək istəyir” — KİV

Rusiyanın kosmosda nüvə silahı yerləşdirmək planları ola bilər.

Demokrat.az xəbər verir ki, bu barədə “ABC News” telekanalı mənbələrə istinadla məlumat yayıb.

Telekanalın məlumatına görə, bunu Amerika kəşfiyyatının məlumatları da sübut edir.

Mənbələrin bildirdiyinə görə, çərşənbə günü elan edilən ABŞ-nin milli təhlükəsizliyinə ciddi təhlükə də bununla bağlı ola bilər.

Onlar iddia edirlər ki, söhbət nüvə silahının Yerə qarşı yox, peyklərə qarşı mümkün istifadəsindən gedir.

Qeyd edək ki, fevralın 15-də ABŞ Konqresi “Milli təhlükəsizliyə ciddi təhlükə” mövzusunda qapalı brifinq keçirəcək. ABŞ Prezidentinin Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Nümayəndələr Palatasının üzvlərini şəxsən məlumatlandıracağını təsdiqləyib. Lakin o, hansı təhlükədən bəhs etdiyini dəqiqləşdirməkdən imtina edib.

D
demokrat.az