Dünya Özəl

Ordu haqqında yalan məlumat yayanları bu cəza gözləyir

Ordu haqqında yalan məlumat yayanları bu cəza gözləyir

Rusiya ordusu haqqında yalan məlumat yayanların əmlakı müsadirə ediləcək.

Demokrat.az xəbər verir ki, bu barədə ölkə prezidenti Vladimir Putin qərar qəbul edib.

Qanuna əsasən, Rusiya ordusu haqqında yalan məlumat yayanların əmlakı müsadirə olunacaq.

Bundan başqa, Rusiya ordusunu gözdən salan, ekstremizmə dəvət edən, Rusiyanın ərazi bütövlüyü və təhlükəsizliyinə təhlükə yaradan, Rusiyaya və Rusiya vətəndaşlarına qarşı sanksiyalara çağırış edənlərə verilən müxtəlif dövlət titulları və mükafatlar geri götürüləcək.

Qeyd edək ki, sözügedən qanun 10 gün sonra qüvvəyə minəcək.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova