Gündəm

Amansızlıqla qətlə yetirilən Əhmədovlar ailəsi dəfn olundu — VİDEO/FOTO (YENİLƏNİB)

Amansızlıqla qətlə yetirilən Əhmədovlar ailəsi dəfn olundu — VİDEO/FOTO (YENİLƏNİB)

Ötən gün Xətai rayonunda amansızlıqla qətlə yetirilən ailə üzvləri bu gün dəfn olunublar.

Demokrat.azQafqazinfo-ya istinadən xəbər verir ki, mərhumlar Suraxanı rayonunda yerləşən Dədə Qorqud qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

*** 13:34

Ötən gecə qətlə yetirilən bir ailənin 5 üzvünün nəşi Fatimeyi-Zəhra məscidinə gətirilib.

Baku TV xəbər verir ki, onlar Hövsan qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, ötən gün Xətai rayonunda 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovun, 1977-ci il təvəllüdlü Pikə Bədəl qızın Əhmədovanın və 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Qətli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhməd Mehman oğlu Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Bundan sonra Ə.Əhmədovun 1997-ci il təvəllüdlü bacısı Elmira Mehman qızı Əhmədovanı və onun 5 yaşlı qızını da eyni üsulla qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

D
demokrat.az