Dünya Özəl

Ərdoğan Liviyanın baş naziri ilə görüşdü

Ərdoğan Liviyanın baş naziri ilə görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, Rəcəb Tayyib Ərdoğan fəxri qonaq qismində Dünya Hökumətləri Zirvəsinə qatılıb.

Prezident ikitərəfli təmasları çərçivəsində Dibeybeni qəbul edib.

Qeyd edək ki, görüşün təfərrüatları açıqlanmayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova