Dünya Özəl

Məşhur idmançı həyatını itirdi

Məşhur idmançı həyatını itirdi

Yunanıstanın dünyaca məşhur xizəkçi və alpinistlərindən olan Konstantins Momtsis qar uçqunu altında qalaraq ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, 36 yaşlı idmançı Bolqarıstanda xizək sürərkənqar uçqunu altında qalıb.

Bölgəyə çoxlu sayda axtarış-xilasetmə qrupları göndərilib.

Saatlarla davam edən axtarışlardan sonra idmançının cəsədi tapılıb.

Qeyd edək ki, məşhur idmançının cənazəsi yaşadığı Florina şəhərinə göndərilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova