Dünya Özəl

Çində pandalara zərər verən şəxsə ÖMÜRLÜK CƏZA

Çində pandalara zərər verən şəxsə ÖMÜRLÜK CƏZA

Çində panda qəfəsinə naməlum əşya atan şəxsin parka girişi ömürlük qadağan edilib.

Demokrat.az xəbər verir ki, bu barədə ölkənin Panda Yetiştirmə və Tədqiqat Mərkəzi açıqlama yayıb.

Açıqlamada, qəfəsə əşya atan ziyarətçinin pandalara zərər verə biləcək davranışlarına görə parka girişinin qadağan edildiyi bildirilib.

Həmçinin ölkənin milli dəyəri olaraq görülən pandaların mühüm qidalanma qaydalarına sahib olduğu qeyd edilib.

Bu səbəbdən ziyarətçilərin belə mövzuda diqqətli olması lazım olduğuna diqqət çəkilib.

Qeyd edək ki, ötən il bölgənin 2 mərkəzində ümumilikdə 34 panda doğulub.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova