Dünya Özəl

Qətərdə edam cəzasına məhkum edilən hindistanlılar azad edildi

Qətərdə edam cəzasına məhkum edilən hindistanlılar azad edildi

Qətərdə "casusluq" ittihamı ilə edama məhkum edilən 8 Hindistan vətəndaşı sərbəst buraxılıb.

Demokrat.az xəbər verir ki, bu barədə Hindistan XİN məlumat yayıb.

Bildirilib ki, sərbəst buraxılan 8 nəfərdən 7-si Hindistana qayıdıb.

Xatırladaq ki, 2022-ci ildə Qətərdə bir sualtı qayıq layihəsi ilə bağlı “İsrailə casusluq etdikləri” iddia olunan 8 keçmiş hindli zabit edam cəzasına məhkum edilmişdi.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova