Hadisə

Erməni nazir mətbuat konfransından qaçdı

Erməni nazir mətbuat konfransından qaçdı

Ermənistanın səhiyyə naziri Arsen Torosyan mətbuat konfransından qaçıb.

Demokrat.az Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu gün erməni nazir Arsen Torosyanın keçirdiyi mətbuat konfransı zamanı olduqca əlamətdar bir hadisə baş verib və nazir qəflətən konfrans zalını tərk edib.

Məlumatda deyilir ki, onkoloq, hematoloq, "Təbəssüm şəhəri" xeyriyyə fondunun Himayəçilər Şurasının üzvü Gevorg Tamamyan konfranz zalına daxil olduğu zaman Arsen Torosyan dərhal mətbuat konfransını kəsib və tələsik konfrans zalını tərk edərək qaçıb.

Xatırladaq ki, Gevorq Tamamyan bir müddət əvvəl Arsen Torosyanı populizmdə və səhiyyə sisteminin yaxşılaşdırılması istiqamətində islahatların aparılmamasında ittiham edərək səhiyyə nazirinin müşaviri vəzifəsindən istefa vermişdi.

Demokrat.az

D
demokrat.az