“Yanvar ayı ərzində 8 nəfər dəm qazı səbəbindən həyatını itirib”.
Demokrat.az xəbər verir ki, bu sözləri SOCAR "Azəriqaz" İstehsalat Birliyinin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı bildirib.
Onun sözlərinə görə, baş verən ölüm hallarından 6-sı istilik cihazında olan nasazlıq və tüstü bacasının olmaması səbəbindən baş verib:
“Yerdə qalan digər 2 ölüm hadisəsi isə, təkcə tüstü bacası probleminə görə baş verib. Bundan əlavə 2024-cü ilin yanvar-fevral ayları ərzində ümumilikdə 15 ölüm faktı qeydə alınıb. Bunlardan təkcə 3-ü bina evlərində, yerdə qalan 12-si isə həyət evlərində tüstü bacasının olmaması səbəbindən baş verib”.
Aysu Demokrat.az


