Hadisə Özəl

Avtomobil aşdı: Ölən və yaralananlar var

Avtomobil aşdı: Ölən və yaralananlar var

Türkiyənin Konya vilayətində avtomobil idarəetmədən çıxaraq aşıb.

Demokrat.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, yol qəzasında 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım və polis qrupları göndərilib.

Yaralılar xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova