Türkiyənin “Güldür güldür show” proqramı ilə tanınan məşhur aktyor Rüştü Onur Atilla bir il ərzində 45 kiloqram çəki atıb.
Demokrat.az xəbər verir ki, sevilən aktyor bu barədə sosial media hesabından paylaşım edib.
Yeni görüntülərini yayımlayan sənətçi, mədə kiçiltmə əməliyyatı etdirdiyini bildirib.
Eyni zamanda 1 il ərzində sağlam qidalandığını və idmanla məşğul olduğunu vurğulayıb.
Qeyd edək ki, aktyorun yeni halı qısa müddət ərzində çoxlu bəyəni və şərh toplayıb.

Aysu Demokrat.az


